“Vilsonun nəvələri Njdenin törəmələrindən daha yüz il alət kimi faydalanmağa ehtiyac duyurlar” Siyasət

“Vilsonun nəvələri Njdenin törəmələrindən daha yüz il alət kimi faydalanmağa ehtiyac duyurlar”

“ABŞ Dövlət Departamentinin formalaşdırdığı "faktaraşdırıcı missiya"ya hayların guya Qarabağda etnik təmizləməyə uğradıqları haqda tapşırıq verilməsində də əsas məqsəd heç də "miatsumçu"ları geri qaytarmaq deyil. Vudro Vilsonun nəvələri Njdenin törəmələrindən daha yüz il alət kimi faydalanmaq üçün indi də uydurma etnik təmizləməyə ehtiyac duyurlar”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. O, bildirib ki, oradakı hay diasporu üçün də bu, ekzistensial anlam daşıyır: “Çünki əgər türk düşmənçiliyi davam etməsə, onda alət olaraq onlara da ehtiyac qalmayacaq və istifadə məqsədilə indiki kimi bəslənməyəcəklər. Yəni deməyim odur ki, Dövlət Depatramentinin "tapış" missiyası bizim regionda qarşıdurmanın uzun zaman qalmasının təmini üçün "fakt" istehsal etmək tapşırığı almışdı və o da yerinə yetirildi.
Çinlə strateji tərəfdaşlığın qurulması, Astanadakı yüksək səviyyəli üçtərəfli görüş, bu gün Xankəndində, Xocalıda yaşananlar və sabah Şuşada keçirləcək zirvə onu göstərir ki, cənab Prezidentin vurğuladığı kimi Azərbaycan bütün ssenarilərə, o sıradan da hayalətli siyasət yeridənlərin uzun müddət davam edəcək "etnik təmizləmə" uydurmalarına da hazırdır”.