“Avropa İttifaqı Yaponiya və Cənubi Koreya ilə birgə hərbi texnikanın istehsalına yaşıl işıq yandırıb” Siyasət

“Avropa İttifaqı Yaponiya və Cənubi Koreya ilə birgə hərbi texnikanın istehsalına yaşıl işıq yandırıb”

“ABŞ-la yanaşı Avropa ölkələri də Yaponiya ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başlayıblar. Bu ay Almaniya, Fransa və İspaniya hərbi təyyarələri Yaponiyada birgə təlimlərdə iştirak edəcəklər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzi politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, bu, Avropa ölkələrinin Yaponiya ilə birgə Sakit okean bölgəsində ilk ortaq hərbi təlimləridir: “Bundan başqa Avropa İttifaqı Yaponiya və Cənubi Koreya ilə birgə hərbi texnikanın istehsalına yaşıl işıq yandırıb: “Brüsselin mövqeyi belədir ki, Asiyadakı tərəfdaşları ilə hərbi əməkdaşlığın gücləndirilməsi bölgədə böhranların idarə olunmasına kömək edəcək”.