“Azərbaycanla Çin arasında arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə olunur” Siyasət

“Azərbaycanla Çin arasında arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə olunur”

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Astanada imzalanmış "Starteji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə imkan yaradacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O, bildirib ki, son illər ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə olunur: “Belə ki, 2021-ci ildə 1 milyard 780 milyon dollarlıq ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 159 milyon dollar, 2023-cü ildə isə 3 milyard 101 milyon dollar olub. Bu o deməkdir ki, son 2 ildə Azərbaycan ilə Çin arasındakı ticarət dövriyyəsi 74 faiz artıb. Bu ilin ilk 4 ayında ölkələr arasında 1 milyard 37 milyon dollarlıq dövriyyə qeydiyyata alınıb”.