Prezident İlham Əliyevin Pakistana dövlət səfəri başa çatıb Siyasət

Prezident İlham Əliyevin Pakistana dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.

APA İslamabada ezam edilmiş əməkdaşı xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola saldılar.