“Bəzi müttəfiqlərimizin terror təşkilatları ilə qurduğu əlaqələr qəbuledilməzdir”-Ərdoğan Siyasət

“Bəzi müttəfiqlərimizin terror təşkilatları ilə qurduğu əlaqələr qəbuledilməzdir”-Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən NATO Sammitinin ikinci günündə keçirilən sessiyalardan sonra mühüm açıqlamalar verib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qərbə çox açıq mesaj verən prezident Ərdoğan bildirib: “Türkiyə terrorun qanlı üzünü yaxşı bilən bir ölkədir. 40 ildir ki, onun təşkilatına və fərqli strukturlarına qarşı mübarizə aparırıq, bunun bədəlini ağır ödədik. Müttəfiqlərimizdən həmrəylik gözləyirik. Müttəfiqlik məsuliyyəti bunu tələb edir. Bəzi müttəfiqlərimizin terror təşkilatları ilə qurduğu doğru olmayan əlaqələri qəbul etməyimiz mümkün deyil”.