307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 150-si təsdiqlənib Siyasət

307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 150-si təsdiqlənib

125 seçki dairəsindən artıq 104 seçki dairəsi üzrə 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında məlumat verib.

Məzahir Pənahov deyib ki, deputatlığa namzidliyi irəli sürülən 307 nəfərdən 150-sinin namizədliyi təsdiqlənib, onlardan 114 nəfərə imza vərəqi verilib.