MDB PA-nın təmsilçiləri ƏHD Partiyasının sədri ilə onlayn görüş keçiriblər Siyasət

MDB PA-nın təmsilçiləri ƏHD Partiyasının sədri ilə onlayn görüş keçiriblər

Bu gün Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası təmsilçilərinin Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin uzunmüddətli monitorinqi çərçivəsində Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevlə videoformatda görüşü keçirilib.

Görüşdə MDB Parlamentlərarası Assambleya Şurası baş katibinin müavini - Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA Şurası Katibliyinin rəis müavini - Demokratiyanın, parlamentarizmin inkişafının və MDB-yə üzv dövlətlərin vətəndaşlarının seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun direktor müavini, professor İvan Muşket, MDB PPA Şurası baş katibinin müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru Sergey Karavayev, MDB-yə üzv dövlətlərin vətəndaşlarının seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun direktor müavini Yelena Yeremenko, MDB-yə üzv dövlətlərin vətəndaşlarının seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun Bakı filialının direktoru Ramin Rzayev və 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülümüş ƏHD Partiyası sədrinin müavini Elçin Mirzəbəyli iştirak edib.

Videoformatda keçirilən görüş zamanı ƏHD Partiyasının sədri iştirakçıların deputatlığa namizədlərin irəli sürülməsinin qeydə alınması və dugər bu kimi məsələlərlə bağlı suallarını cavablandırıb, onları partiyanın seçkilərdə iştirakı ilə bağlı məlumatlandırıb.

Qüdrət Həsənquliyev seçkilərin elan olunduğu vaxtdan bu günədək prosesin qanunvericiliyə uyğun şəkildə həyata keçirldiyini vurğulayıb, eyni zamanda gələcəkdə proporsional seçki sisteminin bərpasının zəruriliyindən söz açıb.