Azərbaycan MN: ABŞ-ın hərbi təlimləri, Fransanın silahlarla təchiz etməsi, Aİ-nin hərbi yardımı işğalçı Ermənistanı təxribatlar törətməyə həvəsləndirir Siyasət

Azərbaycan MN: ABŞ-ın hərbi təlimləri, Fransanın silahlarla təchiz etməsi, Aİ-nin hərbi yardımı işğalçı Ermənistanı təxribatlar törətməyə həvəsləndirir

Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir”, MN-dən bildirilib.