Parlament seçkilərində təşviqat üçün 3259 açıq, 1854 qapalı görüş yeri ayrılıb - YENİLƏNİB Siyasət

Parlament seçkilərində təşviqat üçün 3259 açıq, 1854 qapalı görüş yeri ayrılıb  - YENİLƏNİB

Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin sayı məlum olub.

APA-nın xəbərinə görə, cəmi 5113 görüş yeri ayrılıb.

Onlardan 3259-u açıq yerlər, 1854-ü isə qapalı yerlərdir.

***

11:44

Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.

APA-nın xəbərinə görə, açıq və qapalı yerlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.