Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlib Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib.

APA-nın Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlibAzərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlib