“Azərbaycan hər bir islam ölkəsi ilə dostyana münasibətlərə malikdir” Siyasət
"İlk öncə qeyd edim ki, "Multikulturlizm ili" çox uğurla başa çatdı. Prezident İlham Əliyev 2017-ci ili də "İslam Həmrəyliyi ili" elan etdi. Dövlət başçısının qəbul etdiyi qərarlar zamanın çağırışlarını özündə ehtiva edir. Yəni bir növ Prezidentimiz zamanı qabaqlayan lider kimi bu və ya digər qərarları qəbul edəndə biz sonradan həmin qərarların nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha görürük. Məsələn, ölkə rəhbəri 2016-cı ili "Multikulturlizm ili" elan edəndə hələ o dövrdə özünün çıxışında da qeyd etdi ki, nə miqrant, nə də digər problemlər var idi". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, həyat göstərdi ki, doğurdan da multikulturalizmin və multikultural dəyərlərin bütün dünyada bərqərar olunması olduqca vacibdir: "İndiki şəraitdə də "İslam Həmrəyliyi ili"nin elan olunması hesab edirik ki, vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən bir addımdır. Bu gün islam dünyası beynəlxalq aləmdə özünəməxsus yer tutur. İslam ölkələri İslam Əməkdaşlıq Təşkilatında (İƏT) birləşirlər. Biz statistikaya nəzər salsaq, bu gün dünya əhalisinin təqribən 22 faizi islam dünyasına məxsusdur. Eyni zamanda bu, 2050-ci illərdə 30 faizə yaxınlaşacaq. Yəni islam faktoru dünya siyasətində çox ciddi rol oynayır. Azərbaycan islam dünyasının bir parçasıdır. Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz islam dünyasında, islam ölkələrində müxtəlif məsələlərlə əlaqədar islam dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir. Biz bilirik ki, islam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyətlər, fikir ayrılıqları var, ayrı-ayrı islam ölkələri arasında da qarşıdurmalar var. Bunlar bəzən təriqət, mənsəb formasında özünü büruzə verir".
M.Qurbanlı qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan hər bir islam ölkəsi ilə eyni səviyyədə xoş və dostyana münasibətlərə malikdir: "Ona görə də Azərbaycan bir növ islam dünyasında da barışdırıcı bir məkan rolunu oynaya bilər və oynamaqdadır. Bilirsiniz ki, islam dünyasında məzhəb qarşıdurması, müxtəlif məsələlərlə əlaqədar dini baxımdan fikir ayrılıqları yaradaraq onları bir-birinə qarşı qoymaq istiqamətində hələ əvvəllərdən cəhdlər edilib. Bu cəhdlər bəzən mənfi mənada öz nəticəsini verib. Biz görmüşük ki, islam ölkələri müxtəlif məzhəblər və ya təriqətlər baxımından qarşıdurmaya məruz qalıblar, müharibələr ediblər və s. Əlbəttə ki, bu əvvəlki tarixi dövrlərə aid olan bir məsələdir. İndiki dünyamızda da biz islam ölkələrində həmrəylik, birliklə əlaqədar problemləri görməkdəyik ki, burada da yenə din amilindən sui-istifadə edilməkdədir. Din amilindən sui-istifadənin qarşısını almaq üçün əlbəttə ki, müxtəlif məzhəblərin bir araya gəlməsi, məsələləri açıq şəkildə müzakirə etməsi olduqca vacibdir".