“Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı xarici siyasətdə xeyli fəallaşıb” Siyasət

“Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı xarici siyasətdə xeyli fəallaşıb”

“Ölkəmiz Əfqanıstanda səfirliyin fəaliyyətini bərpa edib. Baş nazirin müavini Şahin Mustafayev bir neçə gün əvvəl Özbəkistanda Əfqanıstanın baş nazir vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb və iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər: “Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı xarici siyasətdə xeyli fəallaşıb. Əfqanıstanda ağır iqtisadi və sosial vəziyyət Talibanı beynəlxalq aləmdə tərəfdaş və investor axtarmağa məcbur edir”.