Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək Siyasət

Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşlərdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.