Bakı və Ankaranı dayandırmaq mümkün olmayacaq – Yeni pul vahidi isə… Siyasət

Bakı və Ankaranı dayandırmaq mümkün olmayacaq – Yeni pul vahidi isə…

“BRİCS inkişaf eməkdə olan ölkələrin Qərb hegomoniyasına qarşı yaradılan bir təşkilatdır və prioritet istiqamətlərdən biri dollar asılılığından xilas olmaqdır”. Bunu Globalinfo.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O, bildirib ki, hazırda BRİCS dünya əhalisinin demək olar ki yarısını, dünya iqtisadiyyatınını 30 faizə yaxınını, neft hasilatının isə 40 faizdən artığını təşkil edir: “Eyni zamanda çoxsaylı ölkələr BRİCS-ə qatılmaq üçün müraciət ediblər. Təbii ki, BRİCS-in əsas qurucularından olan Rusiyanın məqsədi də təşkilatın mümkün qədər genişlənməsidir. Təşkilat dünya iqtisadiyyatının nə qədər çox hissəsini əhatə edərsə Qərb hegemoniyasına qarşı bir o qədər güclü olar və dollar imperializminin çöküşü daha da sürətlənər. Doğrudur, BRİCS üzvü olan ölkələr bir-biri ilə kəskin fərqlənən iqtisadi sistemə sahibdirlər. Bu səbəbdən də dollara qarşı vahid valyutanın yaradılması çətin görünür. Amma nəzəri cəhətdən mümkündür və praktiki mexanizmlərinin hazırlanması qaçılmaz olacaq. Hazırda yeni dünya düzənində alternativ güc olaraq ortaya çıxan təşkilatlar içərisində daha cəlbedici olan və sürətlə genişlənən BRİCS-dir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, BRİCS üzvlük üçün müraciət edən ölkələrə maneələr yaratmır, əksinə prosesi daha da asanalaşdırmaq üşün məsələn Avropa İttifaqı kimi sərt qaydalar tətbiq etmir: “Bu baxımdan da dövlətlər BRİCS-ə daha çox maraq göstərirlər. Eyni zamanda geosiyasi böhran dövlətləri müxtəlif platformalarda yer almağa məcbur edir. Buna görə də, BRİCS həm də təhlükəsizlik faktoru baxımından da önəmli təşkilata çevrilir. Təbii ki, bura üzv olan ölkələr arasında da maraq toqquşmaları var və bu təşkilatın genişlənmə perspektivi zaman özünü biruzə verəcək”.

Ekspert qeyd edib ki, təşkilatın əsas üzvləri arasında Hindistanın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə yaxınlığı müəyyən suallar doğura bilər: “Xüsusilə Hindistanın gələcəkdə hansı mövqe tuta biləcəyi, yaxud təşkilatın inkişafını ləngidəcəyi ilə bağlı müəyyən versiyalar səsləndirmək olar. Bu baxımdan hesab edirəm ki, Türkiyənin BRİCS-ə üzvlüyünə Hindistanın qarşı çıxma ehtmalları da bundan qaynaqlanır. Çünki Türkiyə qlobal savaşda balansa həlledici təsir edə biləcək bir ölkədir. G20-də təmsil olunur, NATO-nun əsas ölkələrindən biridir və strateji əhəmiyyət daşıyan coğrafi mövqedə yerləşir. Qərb maksimum çalışır ki, Türkiyə müstəqil siyasət yürütməsin, Yaxın Şərq daxil olmaqla onun planlarına öz maraqlarını qurban verərək maneə yaratmasın və qlobal cəbhələşmədə Qərbin yanında olsun. Amma bu gün Türkiyənin milli təhlükəsizliyini təhsi edən NATO-dakı “müttəfiqi” ABŞ-dir. Türkiyəyə qarşı terror təşkilatları yaradan, maliyyələşdirən və idarə edən, Suriya və İraq ərazisində separatizmi alovlandıran və terror dövləti qumraq istəyən də məhz Vaşinqtondur. Buna görə də Türkiyə Qərbin yumşaq desək, riyakar siyasətindən boğaza yığılıb və xarici siyasətini də məhz öz maraqlarının diktə etdiyi istiqamətdə qurur. Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir sıra məsələlərdə müəyyən məsələləri koordinasiya edir və bir-birinə dəstək verirlər. Hesab edirəm ki, BRİKS-ə üzvlük yolunda Azərbaycan və Türkiyənin aydın mövqeyi var və buna maneə yaratmaq mümkün olmayacaq”.