MSK parlament seçkiləri ilə əlaqədar 12 müraciəti araşdırır Siyasət

MSK parlament seçkiləri ilə əlaqədar 12 müraciəti araşdırır

Hazırda növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının araşdırmasında 12 müraciət var.

APA xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

Məzahir Pənahov bildirib ki, hay-küyə ehtiyac yoxdur: "Ölkə üzrə 1000-ə yaxın maraqlı tərəfin iştirakı ilə keçən bir tədbirlə bağlı 12 müraciət çox azdır. MSK-ya müraciətlərin daxil olması bu gün başa çatır. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, baxmağa bizim ixtiyarımız yoxdur. Poçtla göndərilən və dairə seçki komissiyasının qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK baxa bilər”.