"Ermənistan Zəngəzur məsələsində söz sahibi deyil" Siyasət

"Ermənistan Zəngəzur məsələsində söz sahibi deyil"

Çinin Zəngəzur dəhlizinə marağı böyük olduğundan onun açılışı çox da böyük zaman da almayacaq. Rusiya, Türkiyə, Çin bu məsələ də bir mövqedən çıxış edirsə, İranın quru bəyanatlardan başqa atacağı bir addım yoxdur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Onun fikrincə, əlbəttə ki, ABŞ - da Zəngəzur dəhlizində maraqlıdır, o şərtlə ki, Rusiyanın bu koridorda heç bir nəzarət və təsiri olmasın:

"Geniş mənada Ermənistan Zəngəzur məsələsində söz sahibi deyil. Zəngəzur məsələsinin sülh sazişi lahiyəsindən çıxarılmasının bir səbəbi də məhz bu idi.

Zəngəzur koridoruna qarşı İranın nə Azərbaycanla, nə də Rusiya ilə, nə də böyük güclərlə yarışmaq imkanı yoxdur. Ona görə də Rusiya ilə münasibətində gərginləşmə olmayacaq və Rusiyaya hərbi yardımını davam etdirəcək".

Cavid