35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları buraxılacaq - YENİLƏNİB Siyasət

35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları buraxılacaq - YENİLƏNİB

Seçki məntəqələrində günahkar kimdirsə, mən təklif edəcəm ki, birbaşa məntəqə seçki komissiyaları yox, konkret onu törədən şəxsin fəaliyyətinə xitam verilsin.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, pozuntunu törədənin konkret hansı komissiya üzvü olduğu məlumdur: “Amma görüntülərə vətəndaşlar baxır. İctimaiyyət görür ki, konkret məntəqədə pozuntu var. Biz onu ləğv etməliyik. Məhz 119 saylı Ağdam Seçki Dairəsi üzrə ləğv etdiyimiz məntəqədə də bir komissiya üzvünün səhvi ucbatından seçicilərin haqqı pozulub. Biz bu məntəqəni ləğv etmək istəmirdik. Amma fikirləşdik ki, kimsə deməsin ki, qanun nə tələb edir, onu edin”.

Rövzət Qasımov MSK sədrinin 119 saylı Ağdam Seçki Dairəsi üzrə 21 saylı məntəqənin seçki komssiyasının siyahıdan çıxarılması barədə təklifini dəstəkləyib.

***

saat 12.25

Sosial şəbəkədə 1500-dən yuxarı paylaşım olub.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bunların hamısını araşdırıblar: “Biz ölkəmizin seçicilərinin iradəsinə təsir edənlərin "0" olduğunu göstərməyə çalışacağıq. Bütün araşdırmalar nəticəsində aydın oldu ki, bəzi tədbirlər görülməlidir. Bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb. Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Rövzət Qasımov həmin 36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasını təklif edib.