MSK sədri sosial şəbəkələrdə manipulyasiya ilə bağlı xəbərdarlıq edib Siyasət

MSK sədri sosial şəbəkələrdə manipulyasiya ilə bağlı xəbərdarlıq edib

Sosial şəbəkələrdə də müəyyən kombinasiyalar qurmaq səyləri olub.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, o görüntülərdə elə təəssürat yaranır ki, guya pozuntu var: “Buna vaxt itirən tərəflərə çatdırın ki, vaxt itirməsinlər. Biz bunu araşdırırıq. O yola əl atanlara hansı şəkildəsə məsuliyyətləri başa salınmalıdır. Bunlar qanunauyğun addımlar deyil. Bizim o prosesə nə qədər vaxtımız gedir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır”.