Parlament seçkiləri ilə əlaqədar daxil olan müraciətlərin sayı açıqlanıb Siyasət

Parlament seçkiləri ilə əlaqədar daxil olan müraciətlərin sayı açıqlanıb

125 dairəmiz var, 6478 məntəqədə seçicilər səs verib.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

"Bizdə ümumi 1510 görüntü var idi. Bunlardan 508-i sosial şəbəkələrdə idi. 928 görüntü seçki subyektləri tərəfindən təqdim edilib. 500-dən çox görüntünün səsverməyə dəxli olmayıb. 34 seçki dairəsinin 124 məntəqəsini 1510 görüntü əhatə edir. Bu, biz gözlədiyimizdən də müsbət nəticədir. Bu baxımdan deyə bilərik ki, seçkilər yüksək səviyyədə keçib. Ona görə müraciətlərin də sayı azdır”, - deyə MSK sədri qeyd edib.