Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
“Bakı paytaxt kimi əlverişi deyil. Coğrafi yerləşməsi, infrastrukturu, əhali sıxlığı, nəqliyyatı Bakının yaşanılacaq şəhərlər sırasından çıxarıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib: “Bəs, paytaxt hansı şəhər olmalıdır? İlk baxışdan və bir sıra milli təhlükəsizlik aspektlərinə görə Gəncə ilk yerdə dayanır. Daha sonra müəyyən səbəblərdən Şəki, Abşeron yarımadasından baxdıqda isə qismən Sumqayıt uyğun kimi görünür.
Lakin alternativ olaraq, Kürdəmir, Yevlax, Ağdam da uyğun görünə bilər.
Bəs, hansı ölklər paytaxtlarını dəyişib və bu o ölkələrin gücünə necə təsir edib?
Açığı, Braziliya, Qazaxıstan, Nigeriya çox uğurlu yanaşmalar ortaya qoyublar.
Hazırda İran müzakirələr aparır, Misir Qahirəni tərk etməyə hazırlaşır, bundan başqa Sankt - Peterburq, İstanbul kimi tarixi təcrübələr də var.
Ən əsası, Bakı artıq heç nəyinə görə cazibədar deyil, ölkəmizin gözəl şəhərləri, torpaqları və orda yaşamağa layiq insanları var.
Bütün iri aqlomerasiyaların olduğu kimi, Bakı sakinləri də artıq xəstədir - nəfəs yolları, ürək-damar, səs-küy, psixoloji, allregiq və s. statisika rekord həddə çatır”.