Dövlət katibi Azərbaycanla ABŞ-ın COP komandalarının yaxından əməkdaşlıq etdiklərini bildirib Siyasət

Dövlət katibi Azərbaycanla ABŞ-ın COP komandalarının yaxından əməkdaşlıq etdiklərini bildirib

COP29-un uğurla keçirilməsi üçün ABŞ Azərbaycana dəstək göstərir.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Prezident İlham Əliyev bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.