Rəsmi Bakı Niderlandı Azərbaycanla münasibətləri daha da sarsıdan bəyanatlara son qoymağa çağırıb Siyasət
- 17 Sentyabr 13:39
- 1 400
Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.
XİN rəsmisinin sözlərinə görə, əvvəla, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir: “Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.
Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik.
Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.
Qeyd edək ki, 13 sentyabr 2024-cü ildə Niderland Krallığının hökuməti hazırkı səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramı ictimaiyyətə təqdim edib. Bu proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qələmə verilir.
-
Qida əlavələrinin reseptə yazılması ilə bağlı özəl tibb müəssisələrinə xəbərdarlıq edilib
-
Harris Trampı qabaqlayıb
-
Pxenyanın son raket sınağı bölgədə narahatlığı artırıb
-
“Dövlətimizin təhlükəsizliyini təhdid etməsi onu göstərir ki...”-Kim Çen İn
-
İsraildən Livan etirafı: Müharibədə yeni mərhələ başlayıb
-
COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək
-
Ferdi Kadıoğlu İngiltərədə ilk qolunu 3 dəqiqəyə vurub
-
"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın 2024-cü ilin birinci yarısı üzrə icrasının monitorinqi başa çatıb
-
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib
-
“Azərbaycan bərpa və inkişafa əhəmiyyətli vəsait ayıracaq”
-
MN-in idarə rəisi: Antiterror əməliyyatında hərbi hissələrimiz böyük şücaət göstərdi
-
Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb - FAKTİKİ HAVA
-
Yeni Kaledoniyada təhlükəsizlik əməliyyatı zamanı iki nəfər öldürülüb
-
“Bu siyasət deyil, xalqın yatağına girməkdir”
-
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub
-
Vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
-
Nyu-York birjasında qaz cüzi bahalaşıb
-
Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb
-
Azərbaycanın neftinin qiyməti cüzi azalıb
-
Bu günün valyuta məzənnələri
-
Dünya bazarlarında neft bahalaşıb
-
“Nizami” metrosunun yaxınlığında sürücülər və piyadalarla bağlı təhlükəli vəziyyət aradan qaldırılıb
-
KİV: ABŞ Türkiyə banklarını Rusiya ilə əməkdaşlığı kəsməyəcəkləri təqdirdə sanksiya ilə hədələyib
-
Bakıda 18 yaşlı "AUDİ A6" sürücüsü piyada qadını vuraraq öldürüb
-
Fransada şərab istehsalının azalması proqnozlaşdırılır
-
Bu gün şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür
-
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
-
Ağ Ev: ABŞ-nin Livandakı partlayışlarda əli yoxdur
-
Çempionlar Liqası: “Seltik"dən darmadağın, "Borussiya"dan səfər qələbəsi
-
Tramp gələn həftə Zelenski ilə görüşə bilər
-
Slovakiya XİN: Ukraynanın NATO-ya daxil olması yeni münaqişələrə səbəb olacaq
-
Bayden Vaşinqtonda BƏƏ Prezidentini qəbul edəcək
-
Lənkəranda ağır qəza baş verib, xəsarət alanlar var - FOTO
-
Şimali Koreya ballistik və strateji qanadlı raketləri sınaqdan keçirib
-
Hindistanda binanın çökməsi nəticəsində 4 nəfər ölüb
-
Harris gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır
-
Xəzər dənizində 4 bal gücündə zəlzələ olub
-
Tramp ABŞ-də narkotik alverçiləri üçün ölüm cəzasının tətbiq edilməsini müdafiə edib
-
Pekin Tayvandan gələn bəzi kənd təsərrüfatı məhsulları üçün rüsumsuz güzəştləri ləğv edəcək
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
-
“Bu durumda Vaşinqtonun iki seçimi var...”
-
“ABŞ-ın yüksəksəviyyəli rəsmilərinin açıqlamalarında diqqətçəkən bir ifadə var”
-
“Ermənistan üçün ciddi fəlakətli bir dönəm başlaya bilər”
-
“Qarabağın və Şərqi Zəngəzurun bərpası dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir”
-
Azərbaycan və Türkiyənin BRİCS-ə ehtiyacı varmı?
-
Kreml İrəvandan bərk yapışıb
-
Dünya COP29-un çox uğurlu olacağına inanır
-
“Qərb Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas həlqə olduğunu yaxşı bilir”
-
30 yaşlı “Əsrin müqaviləsi”...
-
Livanın Baş naziri İsraillə müharibəyə hazırlıqla bağlı tapşırıq verib
-
Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır
-
Urmu gölü qurudu
-
İranın ali və yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı səfirliyində olub
-
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
-
Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
-
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO
-
Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb
-
“Ghost” kibercinayətkarlıq platforması dağıdılıb, 51 nəfər həbs edilib
-
Nazirlik əhalini qripə qarşı peyvənd olunmağa çağırıb