Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
“Niderland Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməklə Ermənistana dəstək görüntüsü yaratmağa çalışır”.
Bunu TNS-ə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyb.
Ə.Zülüfqaroğlu bildirib ki, əslində Niderland kimi ölkələrin Azərbaycana qarşı bu cür qərəzli yanaşmaları təəccüblü deyil, belə hallar zaman-zaman müşahidə olunur: "Təbii ki, burada məqsəd Azərbaycana təzyiq etməklə yanaşı, Avropa İttifaqının üzvü kimi Ermənistana dəstək görüntüsü nümayiş etdirməkdən ibarətdir. Əlbəttə Niderland bu qərarları təsadüfən vermir”.
Siyasi ekspert bildirib ki, bunun ilk səbəbi erməni lobbisi ilə bağlıdır: "Yəni Fransa, Niderland, ABŞ və s. kimi Qərb dövlətlərində erməni lobbisi seçkilərə aktiv şəkildə qatılır, öz maraqlarına uyğun olaraq səs və maliyyə potensialından istifadə edir. Ona görə də belə ölkələrdə hökumətlər erməni lobbisinin dəstəyindən məhrum olmamağa çalışır. Digər tərəfdən, Niderlandın iqtisadi imkanları nəhəng olsa da, geosiyasi çəkisi yoxdur. Bir sıra hallarda özünü Avropa İttifaqının siyasi mərkəzi hesab edən Fransanın diktəsi ilə hərəkət edir. Fransa Avropa İttifaqı strukturları arasında daha çox Avropa Parlamentinə təsir imkanlarına sahibdir. Çünki Avropada korrupsiyaya məruz qalan və sifarişlə hərəkət edən daha çox seçkili orqanlardır. Bu baxımdan Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirməsinin, qətnamələr qəbul etməsinin də arxasında məhz bu amil və Fransanın drijor çubuğu dayanır. Bunu Niderland kimi ölkələrə də aid etmək mümkündür”.