“Azərbaycan Ordusu dünyaya nümunə göstərdi”-Mübariz Göyüşlü Siyasət

“Azərbaycan Ordusu dünyaya nümunə göstərdi”-Mübariz Göyüşlü

“Azərbaycan Ordusu qarşısına qoyulan tələbi yüksək səviyyədə yerinə yetirdi, dünyaya nümunə göstərdi”. Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü antiterror tədbirlərinin əhəmiyyəti haqqında danışarkən deyib. O bildirib ki, bu, zərurətdən yaranan önəmli addım idi: “Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin bir ili tamam olur. Hesab edirəm ki, bu, zərurətdən yaranan önəmli tədbir idi. Azərbaycan Respublikası, onun rəhbərliyi, ordusu, xalqı öz ərazisində separatizmə dözüm göstərə bilməzdi. Biz separatizmi bitirməli idik və bitirdik. Mən deyərdim ki, biz nəinki 30 illik, 100 illik problemə son qoyduq. Yəni 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti adlı separatizm ocağı ləğv edildi və bununla da biz həm də 100 illik problemi həll etmiş olduq. Mülki əhaliyə, infrastruktura ziyan vurmadan çox mükəmməl bir taktika ilə qısa müddətə Azərbaycan Ordusu qarşısına qoyulan tələbi yüksək səviyyədə yerinə yetirdi və dünyaya nümunə göstərdi”.

Röya İsrafilova