Baş direktor: Zəngəzur dəhlizinin Qarsa bağlanması gələcəkdə tək dövlət olmağımızın nişanəsi ola bilər Siyasət

Baş direktor: Zəngəzur dəhlizinin Qarsa bağlanması gələcəkdə tək dövlət olmağımızın nişanəsi ola bilər

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyənin başqa ölkələr üzərindən deyil, birbaşa Zəngəzur dəhlizi üzərindən bir-biri ilə görüşməsi və istədikləri yükləri qarşılıqlı şəkildə gətirməsinin önü açılacaq.

Bunu "APA-Economics"ə açıqlamasında Türkiyə Dövlət Dəmir Yollarının "TCDD taşımacılık" şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın deyib.

“Qarşıdakı zamanlarda Zəngəzur dəhlizinin Qarsa bağlanması ilə bərabər son dövr baş verən proseslər daha effektiv və daha sürətli formada gələcəkdə Azərbaycanla Türkiyənin tək dövlət olaraq ortaya çıxacağı prosesin nişanəsidir. Bunu da birlikdə yaşayacağıq. Burda siyasi baxımdan başqa ölkələrin də baxışları, açıqlamaları var. Amma biz qardaş Azərbaycanla aramızdakı sərhədləri getdikcə dağıdacağıq, birliyimizi daha üst səviyyəyə çıxaracağıq. Zəngəzur dəhlizi bu deməkdir", - Yalçın əlavə edib.