Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib Siyasət
- 11:15
- 784
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.
Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına göstərdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç vaxt unutmur.
Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Enerji sahəsində uğurlu və davamlı əməkdaşlıq Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Ölkənizi təmsil edən “ACWA Power” şirkətinin Azərbaycanın alternativ və bərpa olunan enerji sektorunda fəaliyyətini yüksək qiymətləndiririk.
Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz münasibətlərimizin vacib tərkib hissələrindən biridir.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı tərəfdaşlığının inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeləri naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
- 15:15
- 14
- 15:01
- 147
- 15:00
- 147
-
Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM
-
Antiterror əməliyyatlarında şəhid olan hərbçilərin xatirəsi Gəncədə yad edilib
-
Tələbələrin köçürülməsi yekunlaşıb
-
Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çində geniş müzakirələr aparılıb
-
İsrailin Hizbullahın mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb
-
Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsindən azad edilib
-
Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib
-
Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib
-
Polad Bülbüloğlu səfir vəzifəsindən geri çağırılıb
-
Asif Əsgərov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub
-
Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
-
“Korrupsiyaya qarşı mübarizə strateji əhəmiyyət daşıyır”
-
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub
-
Azərbaycan Prezidenti: Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir
-
Prezident İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir
-
PKK-nın 3 üzvü öldürülüb
-
“Məhsul stadionu”nun satışı ilə bağlı həbs olunan şəxs məhkəmə zalından azadlığa buraxılıb
-
Prezident: Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq
-
Prezident İlham Əliyev Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunub
-
Prezident: Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar
-
Zurabişvili brifinqini təxirə salıb
-
Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 3 dəfə artıb
-
Milli Məclisin komitə sədrlərinin müavinləri seçilib
-
Prezident: Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır
-
Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir
-
Prezident İlham Əliyev: Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi
-
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
-
Prezident: Bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir
-
Rafael Hüseynov Milli Məclis sədrinin müavini seçilib
-
Musa Qasımlı Milli Məclis sədrinin müavini seçilib
-
Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçilib
-
Əli Əhmədov Milli Məclis sədrinin I müavini seçilib
-
Prezident İlham Əliyev: Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır
-
Prezident: Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq
-
Prezident: Ermənistanda İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər
-
Azərbaycan Prezidenti Milli Məclisdə çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb
-
Prezident İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açır
-
Milli Məclisin komitə sədrləri seçilib
-
"2030-cu ilə qədər 100 milyard dollarlıq turizm hədəfinə çatacağıq"
-
Sahibə Qafarova Milli Məclisin sədri seçilib
-
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB
-
Çin vətəndaşlarını İsraili tərk etməyə çağırıb
-
Rusiya Ukraynada 943 gündə 8 784 ədəd tankını itirib
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib
-
İsrail ordusunun keçmiş komandanı: Quru qüvvələrinin Livana daxil olması mümkündür
-
Ərdoğan: Azərbaycan və Ermənistan sülhün bərqərar olması üçün mühüm fürsət əldə edib
-
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident iclasda iştirak edir
-
Mədəniyyət Nazirliyi gənclər üçün təcrübə proqramı elan edib
-
Bursada təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb
-
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayıb
-
SEPAH üzvlərinə bütün rabitə cihazlarından istifadəni dayandırmağı tapşırıb
-
Beyləqanda 69 yaşlı kişi 31 yaşlı həmkəndlisinə silahla xəsarət yetirib
-
Yaşa görə pensiya alanların sayı açıqlanıb
-
Gəncədə mənzildə partlayış olub, xəsarət alan var - FOTO
-
8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qismən aradan qaldırılıb
-
Ukrayna ordusu Kurskda ağır itkilər verir - General
-
KİV: Suriyanın ABŞ hərbi bazası yaxınlığında güclü partlayış baş verib
-
Şri-Lankanın Baş naziri istefa verib
-
Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötüb
-
Tovuzda 35 yaşlı şəxs bıçaqlanıb