“Fransa hakimiyyəti qəbul etmək istəmir ki, artıq bu dövr bitib” Siyasət

“Fransa hakimiyyəti qəbul etmək istəmir ki, artıq bu dövr bitib”

Fransa həmişə işğalçı Ermənistanı, Qarabağın separatçı rejimini dəstəkləyir, onlara yardım edir. Hər zaman insan hüquq və azadlıqlarından dəm vuran Paris niyə başqa xalqları əsarət altında saxlayır? Mövzu ətrafında fikirlərini Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü xalqcebhesi.az ilə bölüşüb: “Mən hesab edirəm ki, bu, Fransanın müstəmləkə siyasətindən, imperialist davranışından irəli gəlir. Fransa hakimiyyəti qəbul etmək istəmir ki, artıq bu dövr bitib. Müstəmləkəçilik siyasətini davam etdirmək tarixin arxivində qalıb və qalmalıdır. Amma onlar davam etdirmək istəyir”. Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın, Türkiyənin və beynəlxalq ictimaiyyətin də mütərəqqi nümayəndələrinin dəstəyi ilə Fransanın başqa xalqları əsarət altında saxlama siyasətinin əleyhinə aparılan bu fəaliyyət nəticə verəcək, nəhayət, o xalqlar azadlığa çıxacaq və Fransanın müstəmləkə siyasətinə son qoyulacaq”.