NATO-nun minatəmizləməyə dəstəyi müzakirə olunub Siyasət

NATO-nun minatəmizləməyə dəstəyi müzakirə olunub

Azərbaycan Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədr müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Lüksemburqdakı mənzil-qərargahında qurumun Əməliyyatlara Dəstək şöbəsinin rəhbəri Orxan Muratlı və digər rəsmi şəxslərlə görüşüb.

Bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sosial şəbəkə hesabında paylaşım edib.

Görüşdə Azərbaycanın da üzləşdiyi minatəmizləmə problemi diqqət mərkəzində olub. Tərəflər həmçinin NATO-nun bu prosesə dəstəyi, minatəmizləmə sahəsində yeni texnologiyaların, müasir təcrübənin tətbiqi ətrafında fikir mübadiləsi aparıblar.