Samir Şərifov İranın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO /YENİLƏNİB Siyasət

Samir Şərifov İranın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb  - FOTO /YENİLƏNİB

23 sentyabr 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının və İran İslam Respublikasının Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİNməlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Əlirza Mahmudi başçılıq edib.

Konsulluq məsləhətləşmələri çərçivəsində İran nümayəndə heyəti Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov tərəfindən qəbul edilib və görüş zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, həmin əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.

Danışıqlar zamanı konsulluq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, o cümlədən bəzi istiqamətlər üzrə çətinliklərlə üzləşmiş vətəndaşlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi imkanları, beynəlxalq axtarışda olan şəxslərin təhvil verilməsi, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün vətəndaşı olduqları ölkələrə verilməsi kimi məsələlər nəzərdən keçirilib.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının və İran İslam Respublikasının daxili işlər, sərhəd və gömrük orqanları arasında əməkdaşlıq məsələlərinə toxunulub.
***
21:14

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi Bakıya səfəri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov ilə görüşüb.

APA xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı və konsulluq məsələlərinin asanlaşdırılması müzakirə edilib.

Əlirza Mahmudi həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov ilə də görüşüb.

Samir Şərifov İranın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO  - YENİLƏNİB Samir Şərifov İranın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO  - YENİLƏNİB Samir Şərifov İranın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO  - YENİLƏNİB