Azərbaycan Qərbin məkrli planlarına mane olur Siyasət

Azərbaycan Qərbin məkrli planlarına mane olur

ABŞ və Fransa hökumətlərinin Qarabag ətrafında son vaxtlar muşahidə edilən çalışmaları Qərbin Cənubi Qafqazda geosiyasi konfiqurasiyanı dəyişdirmək istəkləri ilə baglıdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, 44 günlük müharibə və onun nəticələri regionda baş vermış geosiyasi dəyişiklərin əsas səbəbi olub:

"Münaqişənin tənzimlənməsi istiqamətində Rusiyanın moderator olaraq atdığı addımlar Qərbdə bəlli dairələrdə ciddi qıcıq yaradır, onları narahat edir, zira bu proseslərdə Rusiyanın yer alması onun regional təhlükəsizlik problemlərinin həllinə təsir imkanlarının göstəricisi kimi qəbul olunur.
Qərbin Cənubi Qafqazla baglı geosiyasi maraqları Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasını ehtiva edir.
Bu konteksdə Qərbə mane olan yeganə bölgə iqtidarı Azərbaycandır, zira rəsmi Bakı Qərbin istək və təkliflərinə baxmayaraq Rusiyaya qarşı geosiyasi məzmunlu olayların tərkibində yer almır, regionun təhlükəsizlik problemlərinin həllinə Qafqaz evi ideyasının dəyərləri konteksindən yanaşır.
Bu isə Qərbi məmnun etmir və onu rəsmi Bakıya
münasibətdə təhdid rolunda çıxış etməyə təhrik edir".

E.Manafov onu da vurğulayıb ki, ABŞ Konqresində Daglıq Qarabag ərtafında başlanmış müzakirələr məhz bu planların tərkib hissədir:

"Əvvəla, bu müzakirələr rəsmi
Bakıya geosiyasət, xüsusilə dəhlizlərlə bağlı
məsələlərdə təhdid vasitəsidir. Azərbaycan tərəfi ilə kompromisə gəlmək uçun düşünülmüş oyunun tərkib hissəsidir.

Digər tərəfdən təbii ki, müzakirələr ABŞ-dakı erməni diasporasının ciddi lobbiçilik səyləri nəticəsində baş tutub. Fransada isə Makronun təsdiq etdiyi yeni hökumətin tərkibində 2 erməni əsilli nazir var. Tərəflərin bəlli
problem ətrafında sərgilədikləri digər bir məsələ, hər ikisinin Paşinyan iqtidarına olan siyasi və maliyyə dəstəyi ilə baglıdır.

Qarabağın seperatçı liderləri, erməni muxalifətinin bəlli kəsimi, erməni kilsəsi və s. baş verənlərə görə Paşinyanı günahlandırır, ona təzyiq edirlər. Belə şəraitdə diqqəti Paşinyandan yayındırmaq, ona olan təzyiqlərin yüksələn xətlə artmasının qarşısını almaq üçün Qərbdəki bəlli dairələr Qarabagda yaşanan hadisələrə bilərəkdən insan haqları rakursundan yanaşaraq günahkar tərəfin rəsmi Bakı olduğunu qabardır. Paşinyanın sudan quru çıxmasına nail olmaq üçün dəridən, qabıqdan çıxırlar".

Cavid