“Azərbaycan mediası türk dövlətlərinin mətbuatı arasında intensiv münasibətlərin qurulmasında maraqlıdır” Siyasət

“Azərbaycan mediası türk dövlətlərinin mətbuatı arasında intensiv münasibətlərin qurulmasında maraqlıdır”

“Azərbaycan mediası türk dövlətlərinin mediası arasında intensiv münasibətlərin qurulmasında maraqlıdır”. Bunu xalqcebhesi.az-a açıqlamasında Bayraqdar Medianın qurucusu və baş redaktoru, media eksperti Azər Həsrət deyib: “Media əlbəttə ki, bu yöndə daha çox iş görə biləcək mexnizm olduğundan biz media əlaqələrinin gücləndirilməsini, irəli aparılmasını daha məqsədəuyğun sayırıq. Yəni ona görə də Azərbaycan mediası ilə digər türk dövlətlərinin mediası arasında intensiv münasibətlərin qurulmasında maraqlıyıq. Bəzi media qurumlarımız bunu bacarıblar, edirlər. Bəziləri isə bu yöndə hələki çox işlər görməlidirlər”.
Media eksperti əlavə edib ki, iş görmək istəyənlərə də şəxsən mən illərdir öz tövsiyələrimi verirəm, istiqamət göstərirəm, dəstək olmağa çalışıram.