Türkiyə Prezidenti: Azərbaycan-Ermənistan sülh prosesində əldə edilən irəliləyiş bizim münasibətlərə də təsir edəcək Siyasət

Türkiyə Prezidenti: Azərbaycan-Ermənistan sülh prosesində əldə edilən irəliləyiş bizim münasibətlərə də təsir edəcək

Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini dəstəkləyir, çalışmaların ən qısa zamanda müsbət nəticələr verəcəyinə ümid edirik.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.

O, Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesində də müsbət addımların olduğunu qeyd edib.

Ərdoğan onu da əlavə edib ki, Azərbaycanla Ermənistan arasında davam edən prosesdə baş verəcək müsbət irəliləyiş ikincinin Türkiyə ilə də münasibətlərinə təsir edəcək.