Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir Siyasət

Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir

Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib.

Baş nazir bildirib ki, tədbirin Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcəyinə əmindir:

“Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir.
Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər”.