Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib Siyasət

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.