“Fransanın əsas məqsədi bölgədəki nüfuz sahiblərindən birinə çevrilməkdir” Siyasət

“Fransanın əsas məqsədi bölgədəki nüfuz sahiblərindən birinə çevrilməkdir”

“Son nəticədə belə sülhü dəstəkləyən ABŞ-nin pərdəarxasındakı maraqları olduqca məkirli və ikili standartlara əsaslananır”. Bu sözləri xalqcebhəsi.az-a açıqlamasında politoloq Amid Əliyev deyib. O, əlavə edib ki, əgər doğrudan da ABŞ bölgədə sülhə nail olmaq istəyirsə, onda hər iki ölkəyə eyni gözlə baxmamalıdır: “Azərbaycan qalib, Ermənistan isə məğlub və işğalçı ölkədir. Bu formul bu qədər bəsit olmalıdır. Sadəcə olaraq Azərbaycan ABŞ-nin özünəməxsus olan siyasi oyunlarında iştirakçı olmadığı üçün bu antiqonist siyasətlə qarşılaşır. Ermənistan üçün isə bunun heç bir fərqi yoxdur. Fransanın bu siyasətdəki yeri II Qarabağ müharibəsindən sonra tam şəkildə müəyyən oldu. Şəhər şuralarından başlayaraq Milli Assambleyaya qədər erməni məsələsini sürüyən Fransanın əsas məqsədi bölgədəki nüfuz sahiblərindən birinə çevrilməkdir. Buna görə də birbaşa və dolayısı ilə Ermənistanın silahlandırmasında iştirak edir, Ermənistana istənilən platformada Azərbaycana qarşı çıxış etməyə şərait yaradır, üstəgəl Ermənistanın xeyrinə Avropanın siyasi və iqtisadi institutlarında qara təbliğat kompaniyasını da aparır”.