“Azərbaycan əsgəri düşmənin 30 il ərzində yaratdığı 7 qatlıq istehkamları dağıtdı” Siyasət

“Azərbaycan əsgəri düşmənin 30 il ərzində yaratdığı 7 qatlıq istehkamları dağıtdı”

“Düz 4 il bundan öncə Ermənistan Silahlı Qüvvələri təkcə bizim hərbi obyektləri deyil, xüsusi olaraq mülki insanları, yaşayış məntəqələrini ağır çaplı silahlarla atəşə tutduqdan sonra Azərbaycan Silahlı Qüvvələri cavab zərbəsi olaraq düşmənə qarşı Vətən müharibəsinə başladı. Bu müharibədə Müzəffər Prezidentimiz Cənab İlham Əliyev və yenilməz ordumuz və dəmir yumruğa çevrilmiş xalqımız birgə səylərlə, böyük əzmkarlıq hesabına tarixi ələbəyə imza atdı”. Bunu xalcebhesi.az-a açıqlamasında millət vəkili Elman Nəsirli deyib.
Deputat müharibə dövründə Azərbaycan əsgərinin qəhrəmanlıqla Şuşanı azad etməsindən bəhs edib: “Müharibə dövründə də Azərbaycan əsgəri Cənab Prezidentin qeyd etdiyi kimi düşmənin 30 il ərzində yaratdığı bəzən 7 qatlıq istehkamları dağıtdı, dağlara dırmaşaraq Şuşanı azad etdi, sözün həqiqi mənasında qəhrəmanlıq nümunəsi ortaya qoydu. Təsadüfi deyil ki, bu günlərdə eşitdik ki, İsveçrə dövləti öz Silahlı Qüvvələrinin formalaşdırılması prosesində Azərbaycan modelinə əsaslanmağı niyyət edib. Xüsusi ilə də Şuşanın azad edilməsində Azərbaycanın Silahlı Qüvvələrinin xüsusi təyinatlarımızın göstərdiyi şücaət və qəhrəmanlığı araşdırılması və İsveçrə Ordusunda tətbiq etməklə bağlı artıq qərarlar qəbul edilib. Vətən müharibəsi dövründə Azərbaycan əsgəri bir gün də geri çəkilmədi. Hər gün irəli getdi. Və bir nəfər də olsun bizim fərarimiz olmadı. Hətta əsgərlərimiz yaralı olarkən belə həkimlərdən xahiş edirdilər ki, onları tez bir zamanda sağaldıb cəbhəyə göndərsin”.