“Bu faktorlar tarixi zəfərimizi şərtləndirən fundamental səbəblərə çevrildi” Siyasət

“Bu faktorlar tarixi zəfərimizi şərtləndirən fundamental səbəblərə çevrildi”

“Ali Baş Komandan Prezident İlham Əliyevin “Bu tarixi qələbəyə biz ilk növbədə güclü siyasi iradə, peşəkarlıq, vətənpərvərlik və milli ruhda tərbiyə almış gənclər sayəsində nail olduq” sözləri qələbənin əldə edilməsi ilə baöğlı aydın təsəvvür yaradır”. Bunu xalcebhesi.az-a açıqlamasında millət vəkili Elman Nəsirli deyib. O, əlavə edib ki, eyni zamanda, ölkəmizdəki ictimai-siyasi sabitlik, xalq hakimiyyət birliyi, səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi, güclü ordu, iqtisadiyyat bütün bu faktorlar birlikdə bizim tarixi zəfərimizi şərtləndirən fundamental səbəblərə çevrildi”.