“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  tam, qəti, əbədi təmin edilib” Siyasət

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  tam, qəti, əbədi təmin edilib”

“Bu il biz bu tarixi zəfərimizin dördüncü ildönümünü qeyd edirik. Bu qələbə ilə həm tarixi ədaləti bərpa etdik, həm də beynəlxalq hüququn keşiyində dayandığımızı göstərdik”. Bunu xalcebhesi.az-a açıqlamasında millət vəkili Elman Nəsirli deyib: “Azərbaycan tarixi zəfəri ilə ərazi bütövlüyünü tam qəti təmin etdi. Lakin suverenlik ilə bağlı biz bir az ehtiyatla danışırdıq. Çünki hələ də Xankəndində və ətraf ərazilərdə separatçı rejimin tör-töküntüləri qalmaqda idi. Yəni separatizm yuvasını hələ tam dağıtmamışdıq. 2023-cü ildə Azərbaycanın Silahlı Qüvvələri 1 sutkalıq anti-terror həyata keçirdi və bununla da Qarabağda separatizmin tamamilə kökü kəsildi. Ermənistan Silahlı Qüvvələri və separatçıların ayrı-ayrı hərbi dəstələri artıq Qarabağ ərazilərini tərk etmək məcburiyyətində qaldılar. Biz böyük qürur və şərəf hissi ilə qələbəmizin dördüncü ildönümünü qeyd edirik. Biz xoşbəxtik ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam, qəti, əbədi təmin edilib”.