“20 faiz həllini tapmayan məsələlər üçün ATƏT-in Minsk qrupunu saxlamaq istəyirlər” Siyasət

“20 faiz həllini tapmayan məsələlər üçün ATƏT-in Minsk qrupunu saxlamaq istəyirlər”

“Biz qarşı tərəfə sülh təkliflərimizi etmişik. Bununla bağlı 5 baza prinsipini irəli sürmüşük, sülh müqaviləsinin layihəsini təklif etmişik. 10 dəfə təkliflər, şərtlər mübadiləsi olub. Azərbaycan sülh müqaviləsi imzalamağa hazırdır, Ermənistan da hazır olduğunu bildirir. Amma Azərbaycandan fərqli olaraq onlar yarımçıq sülhdən danışırlar”. Bunu xalcebhesi.az-a açıqlamasında millət vəkili Elman Nəsirli deyib: “Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə bəyanat verib ki, Azərbaycanla 80 faiz məsələdə razılaşma var və sülh müqaviləsi imzalamaq istəyirik. Ondan sual yaranır ki, 20 faiz razılaşdırılmayan məsələləri saxlayıb hansı zaman üçün nəzərdə tutursunuz? Gələcək nəsillər üçünmü saxlamısınız? Yoxsa gələcək münaqişəni üçün altına qoyuşmuş bir mina effekti yaratmaq istəyirsiniz? Onlar bununla daxili auditoriyaya çatdırmaq istəyirlər ki, Azərbaycanla bağlı hələ həllini gözləyən məsələlər var, onları saxlamışıq, hələ münaqişə bitməyib. Həmçinin onlar Azərbaycanın Minsk qrupunun ləğvi ilə bağlı təkliflərini də qulaqardına vururlar. İndi bəlli olur niyə belə etdikləri. Çünki o 20 faiz həllini tapmayan məsələlər üçün ATƏT-in Minsk qrupunu saxlamaq istəyirlər”.