“Bu tarixlə hər birimiz fəxr edirik” Siyasət

“Bu tarixlə hər birimiz fəxr edirik”

“Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan nefti dünya bazarına çıxarılmasaydı Azərbaycan ən müasir silahlara sahib ola bilərdimi? Bəli, dövlət bu istiqamətdə uğur qazandı və o uğurun nəticəsində Ermənistana hansı silahların verilməsindən aslı olmayaraq Azərbaycan əsgəri istifadə etdiyi silahının erməni silahından da güclü olduğunu və ondan ustalıqla istifadə edə bildiyini nümayiş etdirdi”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında professor, deputat Anar İsgəndərov söyləyib. O, 27 Sentyabrın Azərbaycan tarixində böyük bir hadisənin bünövrəsini qoyduğunu, bu tarixlə hər birimizin fəxr etdiyini vurğulayıb. Həmçinin əlavə edib ki, bu gün hər bir azərbaycanlı Anım Gününü qeyd edərkən şəhidlərimizin ruhuna dualar oxuyur, qazilərimizin sağalması üçün və bugünkü Azərbaycanın bərpa və quruculuq işlərində iştirak etmək üçün onlara alqışlar deyir.