“27 Sentyabrın tariximizdə əzəmətli bir gün kimi qalacaq”-deputat Siyasət

“27 Sentyabrın tariximizdə əzəmətli bir gün kimi qalacaq”-deputat

“27 Sentyabrın tariximizdə əzəmətli bir gün kimi qalacaq. Bu tarix təkcə anım günü deyil, paralel olaraq da qəhrəmanlıq salnaməsinin yazıldığı gündür”. Bunu xalqcebhesi.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib: “Təbii ki, bu anım günüdür, amma paralel olaraq da qəhrəmanlıq salnaməsinin yazıldığı gündür. Həmin gündən başlanan zəfər yürüşü bizi qələbəyə apardı. Bu tarixi qələbə ilə Azərbaycan yalnız bölgədə yox, qlobal arenada öz nüfuzunu bərpa etdi, həm də böyük bir nüfuza və hörmətə sahib olmağa başladı”.