“Azərbaycanın öz suverenliyini bərpa etməsi bizi dünyanın ən qürurlu xalqına çevirdi” Siyasət

“Azərbaycanın öz suverenliyini bərpa etməsi bizi dünyanın ən qürurlu xalqına çevirdi”

“Azərbaycanın öz suverenliyini bərpa etməsi bizi dünyanın ən qürurlu xalqına çevirdi”. Bunu xalqcebhesi.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. O bildirib ki: “Bu qələbə və antiterror əməliyyatları ilə suverenliyimizin tam bərpa edilməsi bizi dünyanın ən qürurlu xalqına çevirdi. Biz bu gün yeni siyasi mənzərədə mövqeyimizi möhkəmlədən ölkələrdənik. Yeni dünya düzənində Qoşulama Hərəkatının sədri olaraq Prezident İlham Əliyev dünya siyasi liderlərinin sırasında önəmli yerlərdən birində qərarlaşıb. Onunla hesablaşırlar, onu dinləyirlər, məsləhət alırlar. Dünya xəritəsində böyük olmayan Azərbaycanın mahiyyətcə böyük olduğu artıq bütün dünyaya məlumdur”.
Deputat 27 Sentyabrdan başlanan zəfərin davamlı olacağını, Azərbaycanın dünyanın ən aparıcı dövləti və xalqından birinə çevrilərək ölkəmizin hərtərəli inkişafında yalnız ölkəmizə yox, dünyaya töhfə verən bir ölkə kimi inamla irəliləyəcəyini diqqətə çatdırıb.