Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiq edilib - FƏRMAN Siyasət

Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiq edilib - FƏRMAN

“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilib.

APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görülməsi, həmçinin bu Fərmandan irəli gələn digər məsələləri həll edilməsi tapşırılıb.

Bu Fərmanın 1-ci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.