Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb Siyasət

Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşübƏli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb