Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları ABŞ-nin rusiyalı diplomata qarşı təxribatının qarşısını alıb Siyasət

Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları ABŞ-nin rusiyalı diplomata qarşı təxribatının qarşısını alıb

Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları ABŞ-nin rusiyalı diplomata qarşı təxribatının qarşısını alıblar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Bakıda səfərdə olarkən bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları birlikdə bu yaxınlarda amerikalıların Rusiyadan olan diplomata qarşı “təxribat təhdidinin” qarşısını alıb.

SVR rəhbəri hadisənin təfərrüatlarını açıqlamayıb.