Gürcüstan hakimiyyəti Qərblə əlaqələri sona çatdırır Siyasət

Gürcüstan hakimiyyəti Qərblə əlaqələri sona çatdırır

Avropa İttifaqı rəsmiləri Gürcüstan hökuməti ilə görüşləri dayandırıb. Bu ay keçiriləcək seçkilərdə hakim "Gürcü Arzusu" partiyasının qalib gəlməsi gözlənilir. Partiyanın lideri B. İvanaşvili seçkiyə qatılır. Görünür, seçkilərdə partiyasi qələbə qazanacaqsa, Baş nazir postunda əyləşə bilər. Çünki Qərblə əlaqələr qırılaraq Rusiya ilə yaxınlaşma kursu həyata keçiriləcək.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Gürcüstan hökuməti bunu müstəqil siyasət kimi xarakterizə etsə də, qəbul etdiyi qərarlar və Moskva ilə yaxınlaşmaq siyasəti avtoritar sistemə keçid kimi dəyərləndirmək olar:

"Gələn aydan Gürcüstan üçün yeni bir çətin siyasi mərhələ başlayacaq. Hökumət Cənubi Osetiya və Abxaziyada separatizmə son vermək üçün Moskva ilə sıx əməkdaşlıq edəcək. Həmçinin daxildə müxalifəti sıradan çıxaracaq. Bunu nəticəsində Qərbin Gürcüstana sanksiyaları sərtləşəcək. Viza rejimi yenidən tətbiq ediləcək. Avropa ittifaqına üzvülük namizədliyi ləğv ediləcək. Qərb Ermənistanı ikinci Gürcüstan müstəvisinə gətirir. Demək olar ki, Gürcüstan hakimiyyəti Qərblə əlaqələri sona çatdırır. Bunun müqabilində Rusiyanın Cənubi Osetiyanı Gürcüstana qaytarması mümkündür. Amma, Rusiya ordusu Cənubi Osetiyada qalmaq şərti ilə bu sövdələşmə getməsi mümkündür. Abxaziya isə, Gürcüstan hakimiyyətinin nəzarətinə verilməyəcək.

Artıq Azərbaycanın iştirakçısı olduğu "Orta dəhliz" Gürcüstandan deyil, Ermənistan ərazisindən Zəngəzurdan keçəcək. Qərbdə Orta dəhlizin əsas seqmenti olan "Zəngəzur" dəhlizinin açılmasında maraqlıdır".

Cavid