Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır Siyasət

Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilərək parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, Musa Qasımlının Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olması təklif edilir.