Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” son vaxtlar aktivləşiblər.
Bundan əvvəl mediada dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdi.
Bununla bağlı APA-ya yeni məlumatlar və görüntülər daxil olub. Məlumat və görüntülər narahatlığın əsassız olmadığını söyləməyə əsas verir.
Aydın olur ki, bu gün saat 13.10 radələrində “müşahidəçilər” Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiəti ilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər.
Ermənistana məxsus 1 ədəd “Niva” və 1 ədəd “UAZ Patriot” markalı minik avtomobili ilə əraziyə gələn 4 “müşahidəçi” və 4 erməni hərbçinin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.
Müşahidə keçmiş “Laçın dəhlizi” istiqamətinə doğru aparılıb.
Bu aktivləşmə bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.
Aİ “müşahidəçilərinin” erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.
Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.