MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir Siyasət

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb.

Bu barədə APA-nın Moskvaya ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Qeyd edək ki, sammit Rusiya tərəfinin sədrliyi ilə Kremldə keçirilir.

Sammitdən əvvəl dövlət başçıları birgə foto çəkdiriblər. Daha sonra Birlik ölkələri liderlərinin məhdud tərkibdə görüşü başlayıb.

Sammiti giriş sözü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin açıb.