Natiq Cəfərli Ədalət Vəliyevlə görüşüb Siyasət

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşüb

REAL Partiyasının sədri Natiq Cəfərli Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə N.Cəfərli facebook hesabında məlumat yayıb: "REAL Partiyası Siyasi Komitəsinin sədri olaraq Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin dəvəti ilə onunla görüşdüm. Görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, “Siyasi partiyalar haqqında” Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi oldu.
Görüş zamanı Ədalət Vəliyev REAL Partiyasının Siyasi Komitəsinə sədr seçilməyim münasibəti ilə məni təbrik etdi və işimizə uğurlar arzuladı".